Tramp Harrisə məsləhət verdi...

ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris Kaliforniya qubernatorluğuna uğurla namizəd olmaq üçün müsahibələr verməyə başlamalıdır.

SİA xəbər verir ki, bu barədə ölkə prezidenti Donald Tramp “Outkick” nəşrinə müsahibəsində bildirib.

…Heç kimə siyasətlə bağlı məsləhət vermək istəmirəm, lakin onun etməli olduğu bir şey odur ki, müsahibələr verməyə başlamalıdır.

Bunu deyən Tramp, keçmiş prezident Cozef Baydenin tez-tez müsahibə vermədiyini, lakin koronavirus pandemiyası sayəsində "bundan qurtulduğunu" qeyd edib.

…2024-cü ilin noyabrında “Politico” Harrisin prezident seçkilərində uduzduqdan sonra siyasi karyerasını davam etdirmək variantlarını nəzərdən keçirdiyini bildirib.

Onun sözlərinə görə, Harris, Kaliforniya qubernatoru postuna namizəd ola bilər, həmçinin növbəti prezident seçkilərində iştirak da edə bilər.
Demokrat seçicilər daha əvvəl Harrisi 2028-ci ildə prezidentliyə üstünlük verdikləri namizəd adlandırmışdılar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə