Hələbdə 3 milyon psixotrop “Captagon” həbi müsadirə edilib

Suriyanın Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi uğurlu əməliyyat nəticəsində Hələb şəhərində bir anbarda təxminən 3 milyon psixotrop təsirli “Captagon” həbi aşkar edilərək müsadirə olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, əməliyyat nəticəsində narkotik ticarətçilərindən biri ələ keçirilib.

“Captagon” həbləri ilk dəfə 1960-cı illərdə diqqət əskikliyi və depressiya xəstəliklərinin müalicəsi üçün istehsal edilsə də, sonrakı illərdə qeyri-qanuni yollarla narkotik bazarının əsas elementindən biri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə