Dünyanı dəyişdirəcək kövrək münasibət..?

Şəxsiyyətçi siyasətin yeni dövrü yaranır... Tramp Putindən necə üstün ola bilər?

...Donald Trampın avtoritar liderlərlə münasibətləri uzun müddətdir ki, qızğın müzakirələrə səbəb olub.

... “Mən onu dost hesab edirəm... O, güclü oğlandır, sərt oğlandır”.

Qeyd edək ki, Tramp bunu Çin liderı Si Cinpinlə bağlı deyib.

...“O, məni bəyənirdi... Mən onu çox bəyəndim”

Bunu isə o Şimali Koreya lideri Kim Çen In haqqında demişdi.

Amma onun Vladimir Putinlə dövri münasibəti həmişə ən çox diqqət və fərziyyələri cəlb edirdi.

SİA-nın məlumatına görə, bunu “The Times” yazır.

...Trampın yenidən vəzifəyə qayıtması və Rusiyanın Ukraynaya qarşı müharibəsinin sona yaxınlaşması ilə dünya siyasətinin istiqaməti böyük ölçüdə Trampla Putinin necə qarşılıqlı əlaqədə olmasından və onların ümumi dil tapa bilib-bilməməsindən asılı olacaq.

Sual yaranır: onların münasibətlərinin əsl mahiyyəti nədir? Trampın prezident kimi ilk müddəti onun Rusiya kəşfiyyatı ilə əlaqələri ilə bağlı çoxsaylı iddialarla yadda qalıb. Şübhəli maliyyə əməliyyatları, Moskva mehmanxanasında seks qalmaqalları və onun seçki qərargahı ilə Kreml arasında əlaqələrdən bəhs edilib.

Lakin hətta xüsusi prokuror Robert Müllerin 448 səhifəlik hesabatla nəticələnən araşdırması da Trampın Moskvanın nəzarətində olduğunu sübut edə bilməyib.

...Xatırlayırsınızsa, bir amerikalı əks-kəşfiyyat zabiti o vaxt “bütün onun hissələrinin cəmindən çox az görünürdü”-demişdi.

Hətta keçmiş Rusiya kəşfiyyatçısı da belə bir etiraf etdi: “Əgər o, bizim sərvətimiz olsaydı, ona deyərdik ki, bizə həmişə düşmənçiliklə baxsın, heç kim onu ​​bizim adamımız olmaqda ittiham etməsin”.

Bunlar Trampla, onun Rusiyaya etimal edilə biləcəyi “simpatiya” ilə bağlı deyilənlərdir.

Amma o da maraqlıdır ki, Trampın Putinə qeyri-adi yanaşması şübhələri daha da artırmışdı.

Hələ 2016-cı il seçkilərindən əvvəl Putin Trampı “çox rəngarəng şəxsiyyət” adlandıranda ABŞ-ın gələcək prezidenti heyranlığını ifadə edərək, “...ölkəsində və onun hüdudlarından kənarda belə böyük hörmətə malik bir insanın təriflənməsi mənim üçün böyük şərəfdir”-demişdi.

Etiraflara görə, onların beş şəxsi görüşü zamanı yaxınlıq mühiti qeyd olunub. Məsələn, 2018-ci ildə Helsinkidə yalnız tərcüməçilərlə uzun söhbətdən sonra Tramp faktiki olaraq Putinin tərəfini tutub və Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı Federl Təhlükəsizlik Xidmətindən daha çox ona inandığını söyləmişdi.

...Və indi Trampın hakimiyyətə qayıdışı ilə dünyada şəxsi siyasətin yeni dövrü yaranır.

...Biz milli maraqlar, müqavilələr və bütün bunlarla məşğul oluruq, lakin indi bizdən Trampın hər şıltaqlıq və təsadüfi şərhinin mənasını təhlil etməyi tələb edirlər.

Deyim ki, bunu Avropa Komissiyasının nümayəndəsi qeyd edib.

Hazırda Trampın Putin və Zelenski ilə şəxsi münasibətlərinin Ukraynanın taleyini müəyyən edəcəyi gözlənilir. Məsələ bundadır ki, Kreml də Trampın qayıdışına böyük ümid bəsləyir.

...Əgər onun qələbəsi 2020-ci ildə oğurlanmasaydı, o zaman bəlkə də 2022-ci ildə Ukraynada yaranmış böhran olmazdı..?

İddialara görə, Putin deyib bunu.

...Üstəlik, Kreml öz öhdəliyini fəal şəkildə nümayiş etdirir. Putin bu yaxınlarda Trampa video mesaj göndərərək, onun “Üçüncü Dünya Müharibəsinin qarşısını almaq” istəyini vurğulamışdı.

Kreml Trampla Rusiyaya Ukraynada işğal olunmuş əraziləri saxlamağa və onun NATO-ya girişini əngəlləməyə imkan verən sazişi nəzərdən keçirir. Bununla belə, əvvəlki ritorikasından fərqli olaraq, Tramp indi Putini tənqid edir.

Yeri gəlmişkən, Trampın Zelenski ilə şəxsi münasibətləri gərginliklə başlayıb. 2019-cu ildə Tramp Zelenskiyə Bayden ailəsini araşdırması üçün təzyiq göstərməyə çalışdı və bu, impiçmentə səbəb oldu. Lakin Zelenski bu münasibətləri gücləndirmək niyyətindədir.

...Deməli, yekun olaraq deyə bilərik ki, Həm Trampın, həm də Putinin güclü, lakin həssas eqoları (yəni həm yaxşı, həm də pis-A.B.) var. Bununla belə, Putinin Trampı səhv qiymətləndirməsi riski var. Rusiya rəsmilərindən birinin qeyd etdiyi kimi, “Tramp ona hörmət edilmədiyini hiss edərsə, gözlənilməz hərəkət edə bilər. Onu təhrik et və bu, bizə dərs vermək üçün bizi yandırmağa çalışa bilər”.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə