Dnestryanıda etirazlar başlayıb

Camaat qaz tələb edir...

...Cümə günü, yanvarın 24-də tanınmamış Dnestryanıda qaz təchizatının dayandırılması ilə əlaqədar etiraz aksiyaları keçirilib.

SİA-nın məlumatına görə, NewsMaker xəbər verir ki, yerli sakinlər buna görə Moldova hakimiyyətini günahlandırırlar. Qeyd olunur ki, nümayişçilər Bender, Rıbnitsa və Dubossardakı keçid məntəqələrinə toplaşıblar.

İnsanlar etiraz aksiyalarına “Moldova, qaz keçsin”, “Dnestryanı xalqın soyqırımına yox”, “Moldova Dnestryanı vətəndaşların ölümündə günahkardır” plakatları ilə çıxıb.

İştirakçıların əllərində Dnestryanı və Rusiyanın bayraqları da var.

Bu arada Moldova hakimiyyəti bu hadisələrə münasibət bildirib.

...Dnestryanı bölgədəki etirazlar gərginlik yaratmaq və təhlükəsizlik vəziyyətini gərginləşdirmək üçün artıq məlum olan gündəliyin bir hissəsidir.

Bunu Moldova hökumətinin sözçüsü Daniel Voda deyib.

Onun dediyinə görə, əvvəlki təcrübə göstərir ki, bu cür hərəkətlər Kremlə tabe olan yerli “hakimiyyətlər” tərəfindən əlaqələndirilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə