Avstraliyanın Rottnest adasında havaya qalxdıqdan qısa müddət sonra dəniz təyyarəsinin qayaya çırpılması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliya mətbuatında yer alan məlumatlara görə, Avstraliyanın qərbindəki Rottnest adasının sahillərində göyərtəsində 7 nəfərin olduğu bir dəniz təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra Tomson körfəzinin girişi yaxınlığındakı Fillip rifinə çırpılıb.
Hidroplanın suya düşməsi nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Qəza nəticəsində avstraliyalı pilotun və İsveçrə və Danimarkadan olan iki turistin həlak olduğu bildirilib. Qərbi Avstraliyanın baş naziri Rocer Kuk verdiyi açıqlamada deyib: "Ölən 3 nəfərin cəsədi dalğıclar tərəfindən təyyarənin qalıqları altından çıxarılıb".
Kuk qəzadan kədərləndiyini vurğulayaraq, hadisə ilə bağlı istintaq başladıldığını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə