...Kreml Ukraynaya qarşı müharibəni maliyyələşdirməyə davam etmək üçün əhalidən yığdığı vergiləri daha da artırmalı olacaq.
SİA-nın əldə etdiyi məlumata görə, “Reuters” xəbər verir ki, iqtisadçılar gəlirlərin artırılması üçün artıq elan edilmiş tədbirlərin kifayət etməyəcəyinə inanırlar.
Qeyd edək ki, Rusiya Federasiyasının 2025-ci il büdcəsi layihəsində ÜDM-in 6,3 faizi rusların hərbi ehtiyaclarına ayrılıb.
Agentlik bunun Soyuq Müharibədən bəri ən yüksək rəqəm olduğunu vurğulayıb. Bundan əlavə, müdafiə xərclərinin payı ilk dəfə sosial xərclərdən iki dəfə çox olacaq.
...Rusiya hökuməti Ukraynaya qarşı işğalçılıq müharibəsini maliyyələşdirmək üçün artıq vergiləri artırmağa başlayıb. Qeyd edilir ki, böyük vergi islahatı 2025-ci ildə ÜDM-in 1,7 faizi həcmində əlavə gəlirlər gətirəcək.
Deyilənlərə görə, ekspertlər bunu qeyri-kafi hesab edirlər. ...Daxili vergilərin tənzimlənməsi hakimiyyətin diqqət mərkəzində qalacaq. Mümkündür ki, 2025-ci ildə biz vergi qanunları və qaydalarına dəyişiklik etmək üçün çoxlu təşəbbüslər görəcəyik.
Bunu “Alfa Wealth”-dən rusiyalı iqtisadçı Aleksey Klimyuk paylaşıb.
...Hərbi xərclərin böyük artımı ilə əlaqədar Rusiya iqtisadiyyatında inflyasiya istiliyi yarana bilər. Agentlik qeyd edib ki, faiz dərəcələri artıq 2003-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib və rubl dollara nisbətdə son bir ilin minimum səviyyəsinə düşüb.
...Neft qiymətlərinin gözlənilən ucuzlaşması Rusiya iqtisadiyyatına da mənfi təsir göstərəcək. Büdcə layihəsində resursun dəyərinin 2024-cü ildə orta hesabla 70 dollar/bareldən 2027-ci ildə 65,5 dollar/barelə enəcəyi nəzərdə tutulur.
...“Alfa-Bank”ın baş iqtisadçısı Natalya Orlova bildirib ki, Rusiya dövlət büdcəsini doldurmaq üçün əlavə gəlir mənbələri axtarmalı olacaq: “Bu struktur büdcənin neft qiymətlərindən güclü asılılığını qoruyur. Bu o deməkdir ki, 2025-ci ildə olmasa, növbəti illərdə əlavə gəliri haradan tapmaq sualı yenidən ortaya çıxacaq”.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə