ABŞ-ın İsrailə verdiyi vaxt daha çox insanın ölümünə səbəb ola bilər - Borrell

"ABŞ-ın Qəzzaya daha çox humanitar yardımın daxil olmasına icazə vermək üçün İsrail hökumətinə vaxt vermək qərarı daha çox insanın ölümünə səbəb ola bilər". SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib.

Josep Borrell Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqı Sammiti öncəsi mətbuata açıqlama verib. ABŞ-ın Qəzza zolağında humanitar vəziyyəti yaxşılaşdırmaq üçün İsrailə verdiyi 30 günlük müddətin çox sayda insanın ölümünə səbəb ola biləcəyini ifadə edən Borrell deyib: "Gördüklərimiz humanitar böhranın xroniki hala keçməsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə