Zurabişvili müxalifəti kölgə hökuməti formalaşdırmağa dəvət edir

Ölkədə parlament seçkiləri oktyabrın 26-da keçiriləcək...

Gürcüstan prezidenti Salome Zurabişvili müxalifəti seçkilərdə uğur qazanacağı təqdirdə “kölgə” texnokratik hökumətin yaradılması prosesinə indi başlamağa dəvət edir.

SİA-nın əldə etdiyi məlumata görə, o, bunu müxalifətçi Pirveli telekanalına müsahibəsində deyib.

Zurabişvili belə bir fikir irəli sürüb ki, müxalifət hələ oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən əvvəl “kölgə” hökumətin tərkibini səlahiyyətli mütəxəssislərdən müəyyənləşdirəcək.

...Bazar ertəsi mən partiyalarla görüşlərə başlamaq istəyirəm ki, konkret namizədlərlə bağlı danışıqlara başlayaq. Hər kəsin namizəd irəli sürmək imkanı olacaq, lakin indiki mərhələdə siyasətçilər deyil.

Zurabişvili qeyd edib ki, onun baş nazirin namizədliyi ilə bağlı fikri var və bu şəxs hələ də siyasi həyatda iştirak etməyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə