Baş verənlər üçüncü Livan-İsrail müharibəsidir

…Yaxın Şərqdə baş verən hadisələr üçüncü Livan-İsrail müharibəsinin başlanğıcıdır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu TASS-a müsahibəsində Livanın Rusiyadakı səfiri Şovki Bou Nassar deyib.

…Beyrut baş verənləri üçüncü Livan-İsrail müharibəsinin başlanğıcı hesab edir.

Bunu diplomat deyib.

Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş İranın oktyabrın 1-də İsrailə qarşı kütləvi raket hücumunu pisləyib. İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi bildirib ki, yəhudi dövləti İranın hücumuna cavab verəcək.

O, ölkəsinin Yaxın Şərq regionunun istənilən nöqtəsinə hücum etmək iqtidarında olduğunu bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə