İran tezliklə Qərb ölkələrinin yeni sanksiyalarının obyektinə çevriləcək

...ABŞ prezidenti İrana qarşı yeni məhdudiyyətlərin tətbiqini açıqlayıb. Cozef Baydenin sözlərinə görə, o, bu mövzunu G7 liderləri ilə müzakirə edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Amerika prezidenti Cozef Bayden bildirib.

Prezident aydınlaşdırıb ki, bu məsələ artıq G7-nin digər ölkələri ilə də müzakirə olunub.

Ağ Evin press-relizində deyilir ki, “Yeddilik” ölkələrinin liderləri, o cümlədən Bayden telefon danışığı zamanı İrana qarşı yeni sanksiyalardan danışıblar.

Danışıqlar zamanı İranın bir gün əvvəl İsrailə kütləvi zərbələr endirməsi qəbuledilməz kimi qiymətləndirilib.

Söhbət həmçinin cavab tədbirlərinin əlaqələndirilməsinə həsr olunub və mümkün variant kimi yeni sanksiyalar da nəzərdən keçirilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə