Xamenei Nəsrullaha İsrailin onu öldürəcəyi xəbərdarlığını edib..?

…İranın ali dini lideri Ayətullah Əli Xamenei bir neçə gün əvvəl Livanın şiə “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullaha İsrailin Beyrutda sui-qəsd planları barədə xəbərdarlıq edib.

SİA xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Xamneyi Nəsrullaha mesaj göndərib və sentyabrın 17-də Livanda peycer partlayışlarından sonra onu dərhal Livanı tərk edərək İrana getməyə razı salmağa çalışıb. İran rəsmisi bildirib ki, mesajda İran lideri İsrailin “Hizbullah”da agentlərinin olduğu və Nəsrullahı məhv etməyi planlaşdırdığı barədə kəşfiyyat məlumatlarına istinad edib.

Agentlik yazır ki, mesajı sentyabrın 27-də İsrailin Beyruta endirdiyi zərbə nəticəsində həlak olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəis müavini Abbas Nilforuşan verib.

Nəsrullah Livanı tərk etməyib, çünki ətrafına və öz təhlükəsizliyinə arxayın idi.

Reuters-in məlumatına görə, Nəsrullahın ölümü İranda yüksək rütbəli SEPAH üzvləri və təhlükəsizlik rəsmiləri Mossadın onların sıralarına sızmış ola biləcəyi ilə bağlı gərgin araşdırmalara səbəb olub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə