Kir Starmer Brüsseldə Ursula fon der Lyayen ilə görüşüb

Böyük Britaniyanın Baş naziri Kir Starmer Brüsselə səfəri çərçivəsində Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə görüşüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Britaniyanın Baş naziri Brüssel ilə münasibətləri sabit və pozitiv əsasda qurmaqda qətiyyətli olduğunu bildirib.

Kir Starmer Birləşmiş Krallıq - Avropa İttifaqı əlaqələrinə “Brexit”in işləməsi” üçün praqmatik və məntiqli yanaşma vəd edib: “Qəti şəkildə inanıram ki, Britaniya ictimaiyyəti ən yaxın qonşularımızla münasibətlərdə “Brexit”in işləməsi, onların maraqlarına xidmət edilməsi, iqtisadi artımın gücləndirilməsi, təhlükəsizliyimizin möhkəmləndirilməsi və qeyri-qanuni miqrasiya, iqlim dəyişikliyi kimi ortaq problemlərin həllində yollar tapmaq üçün praqmatik və məntiqli liderliyə qayıtmaq istəyir”.

O, həmçinin Baş nazir kimi Brüsselə ilk səfəri zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Avropa Parlamentinin sədri Roberta Metsola ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə