Quterreş il ərzində Livanda qurbanların sayını açıqlayıb

...BMT-nin baş katibi Antonio Quterreş son bir ildə Livanda qurbanların sayını açıqlayıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə iclası zamanı Quterreş 2023-cü ilin oktyabrından bəri Livanda 1700-dən çox insanın öldüyünü bildirib.

O, onların arasında 194 qadın və 100 uşağın olduğunu da açıqlayıb.

…2023-cü ilin oktyabrından bəri Livanda 1700-dən çox, o cümlədən 100-dən çox uşaq və 194 qadın öldürülüb.

Bunu Quterreş bildirib.

Livan daha əvvəl BMT-ni havadan humanitar dəhlizlə təmin etməyə çağırmışdı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə