Tarixi ədaləti bərpa edən «Dəmir yumruq» Qərbi Azərbaycana qayıdışı da bərpa edəcək

PREZİDENT İLHAM ƏLİYEV: "Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik"

Belə bir deyim var: Tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Bəli, bunu Azərbaycan xalqı, bütün dünya gördü ki, Müdrik Lider, Böyük strateq, Qalib Sərkərdə Qarabağın 30 il davam edən işğalına Ali Baş Komandanımızın nəyi, nə vaxt edəcəyi ilə "Dəmir Yumruq" siyasətnə əməl edən Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə 44 gündə son qoydu.

YENƏ DƏ NÖVBƏTİ BÖYÜK QAYIDIŞ: İLHAM ƏLİYEV SİYASƏTİNİN TƏNTƏNƏSİ

30 illik işğal dövrünün tarixi Zəfərimizlə əvəzlənməsindən və bu gün bu torpaqlarda yeni həyatın başlanmasından sonra Qərbi Azərbaycana qayıdışın gündəmə gətirilməsi tarixi ədalətin bərpası istiqamətində növbəti addım kimi dəyərləndirilir. Prezident İlham Əliyev haqlı olaraq qeyd edib ki, Qarabağ münaqişəsi həll olunandan sonra bizim gündəliyimizdə duran əsas məsələ Qərbi Azərbaycana qayıdışdır. "Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq məncə, bu gün biz vaxt itirməməliyik. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik".

Bu tarixi amalın reallaşdırılmağı üçün dövlət başçısı öz qətiyyətini və dəstəyini nümayiş etdirib. Qərbi Azərbaycandakı yer adları, kəndləri, toponimləri barədə bütün məlumat bazaları demək olar ki, artıq sistemləşdirilib. Yeni yaranan Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin təmini istiqamətində qətiyyətli addımlar atan Ulu Öndər Ermənistanın işğalçılıq siyasəti və misli görünməmiş müharibə cinayətləri dünyaya təqdim etdi. Və bu bizə imkan verirdi ki, növbəti addımlarımızı daha möhkəm ataq, səsimizi daha ucadan qaldıraq. Ümummilli lider Heydər Əliyev 1998-ci il yanvarın 14-də Konstitusiya Komissiyasının iclasında yekun nitqi zamanı keçmiş ittifaq dövründə Azərbaycanın tarixi torpaqlarının bir hissəsinin Ermənistana verilməsini, soydaşlarımızın buradan zorla köçürülmələrini tarixi ədalətsizlik kimi dəyərləndirərək deyirdi: "Ermənistanın Azərbaycana qarşı bu siyasəti XX əsrdə həmişə davam edibdir… 1918, 1919, 1920-ci illərdə mübahisə nəticəsində Ermənistanın əlinə keçdi, ondan sonra - 40-50 il yaşayandan sonra - 1948-ci ildə hesab elədilər ki, azərbaycanlıları oradan tamamilə çıxarmaq lazımdır, sonra heç kim deməsin ki, bunlar Azərbaycan torpağı olubdur".

Və 1988-ci ildə erməni separatçılarının, onların partiya sovet rəhbərliyindəki himayədarlarının və beynəlxalq erməni hərəkatının dəstəyi ilə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi torpaqlarından deportasiyasının növbəti dalğası baş verdi. Ulu Öndərin Ermənistanın Azərbaycana qarşı əsrlər boyu yürütdüyü işğalçılıq, soyqırımı siyasətinin nəticələrinin aradan qaldırılması və tarixi ədalətin bərpası istiqamətində hazırlamış olduğu milli strategiya 2003-cü ildən sonra onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən inkişaf etdirildi.

Prezident İlham Əliyev bildirmişdir: "Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün tam haqlı olaraq bu mövzunu beynəlxalq arenaya çıxarmışıq. Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, onların hüququdur. Bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Bunu sülh yolu ilə etmək istəyirik. Əminəm ki, buna nail olacağıq. Çünki bu gün ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır".

2022-ci il dekabrın 24-də, öz ad günündə Qərbi Azərbaycan İcmasının inzibati binasını açaraq qərbi azərbaycanlılara böyük hədiyyəsini təqdim edən Prezident İlham Əliyev bununla soydaşlarımızın Qərbi Azərbaycana qayıdış arzusunu daha da gücləndirdi. Dövlətimizin başçısı bir daha bu əminliyi ifadə etdi ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız Qərbi Azərbaycana qayıdacaqlar: "Bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən qərbi azərbaycanlılar da qayıdacaqlar, inşallah".

Xüsusilə qeyd edilməlidir ki, Prezident İlham Əliyev tərəfindən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının irəli sürülməsi respublikamızda bu mövzuya konseptual baxışın yaranmasına səbəb olub. Bu gün Qərbi Azərbaycana qayıdış Azərbaycan xalqını mobilizasiya edən əsas faktor kimi özünü göstərir. Bu, dövlət-xalq birliyi formalaşdırmaqla ədalətin təntənəsinə böyük inam yaradıb.

QƏRBİ AZƏRBAYCAN BİZİM TARİXİ TORPAĞIMIZDIR, BUNU BİR ÇOX TARİXİ SƏNƏDLƏR TƏSDİQLƏYİR, TARİXİ XƏRİTƏLƏR TƏSDİQLƏYİR, BİZİM TARİXİMİZİ TƏSDİQLƏYİR

Ermənilərin Cənubi Qafqazda törətdikləri soyqırımı və deportasiya siyasətinin bir məqsədi olduğu hər kəsə məlumdur - Nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq. Dövlət başçısı İlham Əliyev tarixi faktlara əsaslanaraq dəfələrlə öz çıxışlarında indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yarandığını bəyan edib. Tarixi Zəfərimizdən əvvəl də Prezident İlham Əliyevin çıxışlarının mahiyyətində bu çağırış dayanırdı ki, İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.

Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında etdiyi çıxış bütövlükdə Qərbi Azərbaycana qayıdış çağırışını kefiyyətcə yeni mərhələyə yüksəldib. Əsas hədəflərimizdən biri də indiki Ermənistan ərazisindəki maddi irsimizin ermənilər tərəfindən dağıdılmasının dünya ictimaiyyətinə çatdırılması, oradakı coğrafi adlarımızın, toponimlərimizin, qərbi azərbaycanlıların adət-ənənələrinin, folklor nümunələrinin, mətbəxinin yaşadılması və təbliğidir. Prezident İlham Əliyev cənablarının Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşü zamanı yaddaqalan digər məqam isə, təşkilatın "Azərbaycan Qaçqınlar Cəmiyyəti" adının cari ilin avqust ayından Qərbi Azərbaycan İcmasına çevrilməsidir: "Bildiyinizə görə, avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcmasına çevrilmişdir və mən hesab etdim ki, ən düzgün yer, ən düzgün qərargah məhz bu bina olmalıdır. Təkcə ona görə yox ki, bu, çox gözəl binadır, dördmərtəbəlidir və burada fəaliyyət göstərmək üçün bütün imkanlar var, Heydər Əliyev Mərkəzi ilə demək olar ki, üzbəüz yerləşir. Əsas səbəb o idi ki, burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".

Dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, xalqımızın birliyi, həmrəyliyi sayəsində qazandığımız möhtəşəm Zəfərimiz Ermənistana və ona havadarlıq edən dövlətlərə bir daha sübut etdi ki, ədalət və beynəlxalq hüquq var və bunun təsdiqi üçün səylər göstərilməli, tarixi faktlara əsaslanan təbliğat gücləndirilməlidir.

Prezident İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi, bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir: "Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik".

Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür. Dövlət başçısı İlham Əliyev açılış mərasimində sçıxışında vurğuladı ki, üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün iki Sərəncam imzalanıb. Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncamda isə onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu. Bu gün şəhərimizin mərkəzində, gözəl parkda Aşıq Ələsgərin abidəsi ucaldıldı.

Aşıq Ələsgərin keçdiyi ömür yolundan, yaradıcılığından geniş bəhs edən cənab İlham Əliyev diqqəti bu mühüm məqama da yönəltdi ki, ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmış və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birinci deportasiyası idi. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi. Baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir.

Dövlətimizin başçısı onu da vurğuladı ki, saxta tarix yazıb bu günə qədər bunu həqiqət kimi beynəlxalq ictimaiyyətə sırımaq üçün dəridən-qabıqdan çıxan ermənilər və onların dəstəkçiləri hər halda tarixin real həqiqətlərə, faktlara əsaslandığının fərqindədirlər. Tarix faktlara əsaslanmaqla yanaşı, saxtakarlığı da sevmir. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik "böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.

Bəli bütün bunlar tarixi faktlardır. Bu faktları ört-basdır etmək qeyri-mümkündür. Tarixi Zəfərimizdən əvvəl də Prezident İlham Əliyevin çıxışlarının mahiyyətində bu çağırış dayanırdı ki, İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.

İRƏVAN BİZİM TARİXİ TORPAĞIMIZDIR VƏ BİZ AZƏRBAYCANLILAR BU TARİXİ TORPAQLARA QAYITMALIYIQ. BU, BİZİM SİYASİ VƏ STRATEJİ HƏDƏFİMİZDİR VƏ BİZ TƏDRİCƏN BU HƏDƏFƏ YAXINLAŞMALIYIQ

Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında bu məqamı böyük qürur hissi ilə qeyd etdi ki, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış Proqramının icrasını səbirsizliklə gözləyirlər: "Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi. Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar. Hər şey bizim əlimizdədir."

Bəli, Qərbi Azərbaycan tarixi torpağımızdır. Bunu bir çox tarixi sənədlər, tarixi xəritələr təsdiqləyir. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir. Əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilməlidir.

Dövlət başçısı İlham Əliyev Aşıq Ələsgərin abidəsinin açılışındakı çıxışında bildirdi ki, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr göstərdi ki, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə bu iradənin qabağında dura bilməz. Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpa olunması Qərbi azərbaycanlılarda da bu nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırdı. Cənab İlham Əliyev bu çağırışı etdi ki, biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm strateji, həm taktiki, həm qısamüddətli, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək.

BİZ HƏR DƏFƏ QARŞIYA HƏDƏFLƏR QOYMALIYIQ

Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında bu məqamı böyük qürur hissi ilə qeyd etdi ki, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış Proqramının icrasını səbirsizliklə gözləyirlər: "Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi. Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar. Hər şey bizim əlimizdədir.Sentyabrın 30-da Bakıda qərbi əzərbaycanlılarının və aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, böyük el sənətkara dövlətin, Azərbaycan xalqının hörmətinin əlamətidir. Eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir: "Deyə bilərəm ki, ölkə üzrə çox əlamətdar bir gündür. Bakının mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsi açılır. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Bu, doğrudan da çox gözəl hadisədir",-deyən dövlətimizin başçısı onu da söylədi ki, biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız: "Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik".

Bəli, dövlət başçımız deyir və edir: "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik".

Belə ki, 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması, məhz dövlət başçımızın nəyi, necə, nə vaxt etməsinin göstəricisidir.

Və bu gün tarixi Zəfərimizi, suverenliyimiz həzm edə bilməyən qüvvələr ölkəmizə qarşı ideoloji təbliğat aparırlar. Azərbaycan hər zaman belə qərəzli fikirlərlər, cəhdlərlə üz-üzə olub. Lakin dövlətimizin real faktlara, tarixi həqiqətlərə söykənən siyasəti belə cəhdlərin qarşısını qətiyyətlə alıb, alır və alacaq. Cənab İlham Əliyev sözügedən çıxışında da bu reallıqları diqqətdən kənarda qoymadı. Bildirdi ki, antiterror əməliyyatının ildönümü ərəfəsində yenə də nə qədər genişmiqyaslı şər, böhtan kampaniyası ilə üzləşdik. Bu, bizim iradəmizə təsir edə bilər? Heç vaxt! Çünki işimiz haqq işidir və bizim işimizi Azərbaycan xalqı dəstəkləyir. Əslində, bu, Azərbaycan xalqının işidir. Qarabağı, Şərqi Zəngəzuru azad etmək, suverenliyi tam bərpa etmək Azərbaycan xalqının iradəsi hesabına, qəhrəman övladlarımızın qəhrəmanlığı, şücaəti hesabına mümkün olmuşdur. 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixi Zəfərlərimizin başlanğıc nöqtəsi oldu. Cənab İlham Əliyevin sərəncamları əsasında 27 sentyabr Anım Günü, qarabağın tacı Şuşanı nazad edildiyi tarix-8 noyabr Zəfər Günü kimi təsis edildi. Bu günlərdə, dövlət başçısı İlham Əliyevin 20 sentyabr 2024-cü il tarixili Sərəncamı ilə 20 sentyabar tarixi ölkəmizdə Dövlət Suverenliyi Günü kimi təsis edildi. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bunlar bayram və Zəfər günləridir. Bu Zəfər bizimlə əbədi yaşayacaq.

Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizn tam bərpa edilməsi Qərbi Azərbaycana qayıdışımızı daha da yaxınlaşdırır. Qərbi Azərbaycana Qayıdış Proqramı uğurla icra edilir. Artıq bu məsələ əsas hədəfələr sırasındadır. Prezident İlham Əliyev ötən ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində bu çağırışı etmişdir ki, əlbəttə, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq: "Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək… biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq. Çünki bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır."

Bəli, Qərbi Azərbaycandan olan soydaşlarımız tezliklə öz yurdlarına qayıdacaqlar. Özü də biz oraya sülhlə qayıdacağıq. Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşü zamanı bildirmişdir: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər".

Göründüyü kimi, haqqdan qaçmaq olmaz və Qərbi Azərbaycan torpaqların hər qarışı bizə məxsusdur. Dövlət başçımızın açılış mərasimində söylədiyi kimi: "Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik".

Bəli, gün gələcək sözü imzası qədər qüvvətli və keçərli olan Prezident İlham Əliyev cənablarının "Dəmir Yumruq" siyasəti ilə biz Qərbi Azərbaycana qayıdacağıq. İnşallah.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə