Bir zamanlar ana olmaq istəmədiyini deyərək bu fikirlərinə görə sərt tənqidlə üzləşən müğənni Səidə Sultan ana olacaq. SİA xəbər verir ki, müğənni bu haqda "Rəngarəng" verilişində danışıb. O, "Bu suala nə hə, nə də yox cavabını verirəm. Zamanla görəcəksiz. Belə şeylərlə reklam olmaq istəmirəm. Bu qadının missiyasıdır, qeyri-adi bir şey yoxdur" deyə bildirib.

Daha sonra müğənni həmkarları Nadir Qafarzadə və Kərim Abbasovun təbriklərini qəbul edərək xəbəri qismən təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə