Şəmkirdə 8 otaqlı ev yanıb

Şəmkirdə yanğın baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Niyaməddin Abbasova məxsus 1 mərtəbəli 8 otaqlı ev yanıb. Yanğının söndürülməsi üçün hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə