Biz Yaxın Şərqdəki gərginliyin tərəflərini təmkinli olmağa çağırırıq - Kreml

Kremlin sözçüsü Dmitri Peskov Yaxın Şərqdəki vəziyyətin son dərəcə narahat olduğunu bildirib və tərəfləri mülayim olmağa çağırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Peskov jurnalistlərə açıqlamasında İranın İsrailə raket hücumu ilə bağlı qiymətləndirmələr edib.

Yaxın Şərqdə vəziyyətin son dərəcə narahatedici ssenari üzrə inkişaf etdiyini bildirən Peskov deyib: "Bütün tərəfləri baş verənlərə qarşı təmkinli olmağa çağırırıq".

Peskov əlavə edib ki, dinc əhalinin ölümünə səbəb olan hər hansı hərəkəti pisləyirlər. Rusiyanın bütün münaqişə tərəfləri ilə təmasda olduğunu və bu təmasları davam etdirdiyini qeyd edən Peskov bütün tərəfləri mülayim olmağa çağırdıqlarını bir daha vurğulayıb. Bundan əlavə, mətbuat katibi Peskov Yaxın Şərq ölkələrinə uçuşlara müvəqqəti məhdudiyyətlərin tətbiq oluna biləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə