"Bu çağırışlar məni çox sevindirir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Aşıq Ələsgər Azərbaycan aşıq sənətinin böyük dahisi, mütəfəkkiri və fenomen bir sənətçisidir. Onun 200 illik yubileyi çərçivəsində cənab Prezidentin sərəncamı ilə silsilə tədbirlərin keçirilməsi çox mühümdür". Bu sözləri SİA-ya açıqlamasında hüquq müdafiəçisi Rauf Zeyni deyib.

Rauf Zeyni sözlərinə belə davam edib: "Bakı şəhərinin mərkəzində möhtəşəm Aşıq Ələsgər abidəsinin açılması tarixi, mədəni və ictimai bir hadisədir. Ölkə Prezidenti öz açılış çıxışında demək olar ki, son 200 ildə Azərbaycan xalqının, xüsusilə Qərbi Azərbaycanlıların və Dədə Ələsgərin həyat-yaradıcılığına münasibət bildirməklə yanaşı onların yaşadığı deportasiyaları, bunların fəsadlarını və bu gün qalib ölkəmizin olduğunu qeyd edib. Prezident Azərbaycanın strateji konsepsiyasına, milli-bəşəri mütərəqqi siyasətinə tam aydınlıq gətirərək dünyaya bir çox mesajlar verib.

Cənab Prezident çıxışında bildiirb ki, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər.

Bunlar təkcə ölkə Prezidentinin verdiyi mesajlar deyil. Bu böyük bir xalqın liderinin, rəhbərinin və sərkərdəsinin verdiyi mesajlardır ki, biz bu gün öz ərazimizi tam bərpa etmiş, orada seçkilər keçirmişik. Bu hələ son deyil. Biz dədə-baba yurdumuza təhlükəsiz və ləyaqətli şəkildə qayıdacaq, orada möhtəşəm işlər görəcəyik. Bu çağırışlar məni çox sevindirir və inanıram ki, yaxın gələcəkdə həyata keçiriləcək".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə