“İranın İsrailə raket hücumu Bayden hökumətinin tam uğursuzluğudur”

Rusiya Yaxın Şərqdəki vəziyyətin Amerika Birləşmiş Ştatlarının böhranların həllində acizliyini üzə çıxardığını qeyd edib.

SİA-nın əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova İranın İsrailə raket hücumundan sonra sosial media hesabında etdiyi açıqlamada bölgədəki vəziyyəti “ABŞ prezidenti Co Bayden hökumətinin tam uğursuzluğu” kimi qiymətləndirib.

Qanlı dramın getdikcə sürətləndiyini bildirən M.Zaxarova deyib: "Ağ Evin qeyri-müəyyən açıqlamaları böhranların həllində tam acizliyini ortaya qoyur. ABŞ Dövlət katibi Entoni Blinkenin səyləri on minlərlə adamın ölümünə və çıxılmaz vəziyyətinə səbəb olur”.

Bütün xəbərlər Facebook səhifəmizdə