Orban Ukraynadakı münaqişənin həlli ilə bağlı proqnoz verib

…Bütün Avropa ölkələri tezliklə Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olacaq. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri Macarıstanın baş naziri Viktor Orban deyib.

...Bu gün Avropada yalnız Macarıstan sülhü öz missiyası hesab edir. Lakin miqrasiya ilə bağlı olduğu kimi, tezliklə başqaları da müharibənin səhvini başa düşəcək və sülh tərəfinə gələcəklər.

O, bunu X-də (əvvəllər Twitter) paylaşdığı videoda bildirib.

Qeyd edək ki, iyulun 1-də Aİ Şurasına sədrlik altı ay müddətinə Macarıstana keçib. İyulun 5-də Orban Moskvaya səfər edib və orada Putinlə görüşüb, Ukraynadakı münaqişənin həllinin mümkün yollarını və sülh danışıqlarının başlanmasını müzakirə edib. Daha sonra baş nazir Pekinə səfər edib və burada Si Cinpinlə görüşüb. Rusiyaya səfərindən əvvəl Orban iyulun 2-də Kiyevdə bu ölkənin prezidenti Vladimir Zelenski ilə Ukraynadakı münaqişənin həllini müzakirə edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə