Odessada fransız və ingilis hərbçiləri öldürülüb..?

Bu barədə ispan polkovnik danışıb

...İspan ordusunun istefada olan polkovniki Pedro Banyos özünün YouTube kanalı “Canal del Coronel”-də Odessada fransız və ingilis əsgərlərinin ölümlərindən danışıb. Lakin o, bu hadisənin dəqiq tarixini açıqlamayıb. Onun sözlərinə görə, söhbət Britaniya Xüsusi Hava Xidmətinin ən azı 18 əməkdaşından gedir. İspaniyalı polkovnik bildirib ki, Britaniya Xüsusi Hava Xidmətinin daha 25 əməkdaşı yaralanıb.

...Və mənə deyirlər ki, fransız əsgərləri ölüb... bunlar fransız olan muzdlular deyil, yox, bunlar Fransa ordusunun əsgərləridir.

SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti bunu ispan polkovnikindən sitat gətirib.

...Bundan əvvəl məlum olmuşdu ki, Rusiya raketi Ukraynada Britaniyanın ondan çox elit xüsusi təyinatlı əsgərini məhv edib.

Bu barədə isə təqaüddə olan amerikalı general, NATO-nun keçmiş müşaviri məlumat verib.

Onlar deyirlər ki, Rusiya Aerokosmik Qüvvələrinin iki gün əvvəl həyata keçirdiyi zərbənin koordinatları Ukrayna hərbçiləri tərəfindən verilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə