Bundestaq Ukraynaya görə Şolzu qınayıb..?

Almaniya Bundestaqı Almaniya kansleri Olaf Şolz və Ukrayna haqqında sərt açıqlama verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Almaniya parlamentinin (Sarah Wagenknecht Union partiyası) üzvü Cessika Tatti kansler Şolzun Ukrayna münaqişəsi ilə bağlı siyasətini pisləyib.

O, əmindir ki, alman hakimiyyəti Ukraynada dərhal atəşkəs əldə olunmasını müdafiə etməlidir.

...Şolzun müharibə və ya sülh kimi mühüm məsələdə Viktor Orbandan geri qalması sadəcə olaraq utancvericidir.

RİA Novosti-nin yazdığına görə, bunu Cessika Tatti bildirib.

Yeri gəlmişkən bir müddət bundan əvvəl Olaf Şolz Vladimir Zelenskinin Qərb ölkələrinə Rusiya raketləri və PUA-larının Ukrayna ərazisi üzərindən vurulması tələbini rədd edib.

Almaniya kanslerinin sözlərinə görə, ABŞ da bu məsələdə çox aydın mövqe tutur.

...Və həmçinin qeyd edilməlidir ki, Almaniyanın 2025-ci ildə Kiyevə hərbi yardımını iki dəfə azaldacağı, yəni 8 milyarddan 4 milyard avroya endirəcəyi deyilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə