Maraqlıdır, Makron niyə geri çəkildi..?

Puşkov Makronun Ukraynaya qoşun yeritmək barədə qərarını niyə dəyişdiyini izah edib

Fransa prezidenti Emmanuel Makron ölkəsindəki daxili siyasi mübarizə səbəbindən Ukraynaya qoşun göndərməmək qərarına gəlib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə senator Aleksey Puşkov Teleqram kanalında bildirib.

...Makron geri çəkildi: yaxın gələcəkdə Fransa Ukraynaya qoşun göndərməyəcək. Bu başa düşüləndir: Makronun indi qoşunlara vaxtı yoxdur. Onun hərəkatı seçkilərdə uduzur.

Puşkov yazıb bunu.

...Deməli iyunun 24-də Makron bildirib ki, Fransa qoşunları yaxın vaxtlarda Ukraynada hərbi əməliyyatlarda iştirak etməyəcək.

Bundan sonra Emmanuel Makron bildirib ki, Fransa parlament seçkiləri ərəfəsində ölkədə ifrat sağçı və solçu siyasi blokların proqramları olduğu üçün vətəndaş müharibəsi ilə üzləşə bilər.

Fransa prezidenti həmçinin Rusiya prezidenti Vladimir Putinlə əlaqəni davam etdirməyə hazır olacağını bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə