Putin Ukraynada sona qədər gedəcəyini deyir...

Rusiya liderı nüvə doktrinasına yenidən baxılacağını elan edib...

...Rusiya öz nüvə doktrinasına yenidən baxmaq niyyətindədir və Ukraynada sona qədər getməyə hazırdır.

SİA-nın əldə etdiyi məlumata görə, Vladimir Putin bunu Şimalı Koreya və Vyetnama səfərlərinin yekunlarına dair mətbuat konfransında bildirib.

Putinin sözlərinə görə, Qərb ölkələri mütəmadi olaraq temperaturu yüksəldir, vəziyyəti gərginləşdirir və Rusiyanın döyüş meydanında strateji məğlubiyyətinə nail olmaq istəyirlər.

Bununla belə, Rusiya üçün strateji məğlubiyyət dövlətçiliyinin dayandırılması və Rusiya dövlətinin min illik tarixinin sonu demək olardı.

Bunu deyən Putin sual edir: niyə qorxmalıyıq? Axıra qədər getmək daha yaxşı deyilmi?

...Bu elementar formal məntiqdir.

Bunu da Putin əlavə edir.

Onun sözlərinə görə, Rusiya hakimiyyəti hazırda “nüvə doktrinasında” nəyin dəyişdirilə biləcəyi barədə düşünür, bu, hazırkı versiyada dövlətin mövcudluğuna təhlükə yaranarsa, nüvə silahından istifadə etməyə imkan verir. Doktrinanın gələcək təftişi onunla bağlıdır ki, Qərb nüvə silahından istifadə həddini aşağı salmaq imkanını nəzərdən keçirir, həmçinin ultra aşağı məhsuldar partlayıcı nüvə qurğuları hazırlayır.

...Eyni zamanda, prezidentin sözlərinə görə, doktrinaya qabaqlayıcı nüvə zərbəsi imkanının daxil edilməsi nəzərdə tutulmur. Bizim hələlik qabaqlayıcı zərbəyə ehtiyacımız yoxdur, çünki cavab zərbəsi zamanı düşmənin məhv ediləcəyinə zəmanət veriləcək.

Bunu da Putin deyib və onun sözlərinə görə, Rusiya “masada olan” təkliflər əsasında Ukraynada sülhə dair danışıqlara “sabah belə” başlamağa hazırdır.

Xatırladaq ki, iyunun 14-də Putin Ukraynadan Rusiyanın özününkü elan etdiyi bütün ərazilərdən qoşunlarını çıxarmağı və NATO-ya daxil olmaq planlarından əl çəkməyi tələb edib. Bundan əlavə, Qərb Rusiyaya qarşı bütün sanksiyaları ləğv etməlidir.

Bunu isə rusiyalı prezident təkid edib.

Və sonda o, “...təkliflərimizlə bağlı bu cür nihilizmin əbədi olaraq qalacağını düşünmürəm, şübhəsiz ki, yer üzündəki vəziyyətdən asılı olaraq bizim şərtlərimiz də dəyişəcək”-deyə bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə