Tambov vilayətində neft bazasında iki çən yanıb

...Yanğının pilotsuz təyyarənin hücumu nəticəsində baş verdiyi ehtimal edilir.

Tambov vilayətində neft bazasında iki çən yanıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS yazıb. İlkin məlumatlara görə, yanğına pilotsuz təyyarənin hücumu səbəb olub.

Jurnalistlər regional hökumətin teleqram kanalına istinad edirlər. Fövqəladə hadisə Rasskazovski bələdiyyə rayonundakı Platonovskaya neft anbarının ərazisində baş verib.

Belə ki, yerli sakinlər orada yüksək səslər eşidiblər.

Hazırda yanğının söndürülməsinin davam etdiyi qeyd edilir. Bunun üçün regionun kifayət qədər gücü və resurslarının olduğu da bildirilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə