Prezidentlər Ukraynadakı münaqişədən danışıblar..?

Ukraynadakı münaqişə Macarıstan və Bolqarıstan üçün ciddi təhlükələr yaradır və bunun qarşısını almaq üçün səy göstərilməlidir. Bolqarıstan liderinin mətbuat xidməti xəbər verir ki, bu mövqeyi Budapeştdə keçirilən görüşdən sonra iki ölkənin prezidentləri Tamaş Şuyok və Rumen Radev bildiriblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə Radev və Şuyok birgə bəyanatda Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların artmasına, NATO ölkələrinin Ukrayna ərazisinə qoşun və silah göndərilməsinə qarşı çıxış ediblər. ...Biz müharibənin böyüməsinə imkan verməməliyik, buna görə də sülhə nail olmaq üçün mümkün qədər tez diplomatik vasitələr tapmaq lazımdır.

Bunu Radev bildirib.

İki ölkənin nümayəndə heyətləri arasında danışıqlar zamanı Bolqarıstan Prezidenti vurğulayıb ki, Ukraynada sülhün əldə edilməsinə yönəlmiş və beynəlxalq hüquq prinsiplərinə uyğun olan istənilən təşəbbüs dəstək almalıdır.

Yeri gəlmişkən, Macarıstana rəsmi səfəri çərçivəsində Radev baş nazir Viktor Orban ilə də görüşüb, danışıqlar zamanı enerji sahəsində əməkdaşlığın ikitərəfli münasibətlərin açarı olduğu vurğulanıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə