İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yer müəyyənləşdirilib - YENİLƏNİB

İranın xilasedici dəstələri Türkiyənin pilotsuz təyyarəsinin aşkar etdiyi istilik mənbəyinə çatıblar, lakin sərt eniş edən, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin izlərini tapmayıblar. SİA xəbər verir ki, bu barədə “Press TV” telekanalı məlumat verib.

Telekanalın məlumatına görə, İranın Qızıl Aypara Cəmiyyəti də Rəisinin helikopterinin qəzaya uğradığı yerin müəyyən edildiyini bildirib.

Bundan əvvəl Türkiyə PUA-sının ərazidə Rəisinin helikopterinin qalıqlarının ola biləcəyi istilik mənbəyini tapdığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə