Alimlər Yer tarixinin ən iri ilanının qalıqlarını aşkar ediblər - FOTOLAR

Hindistanda tarixin ən böyük ilanının qalıqları tapılıb. Orada iki paleontoloq erkən Eosen dövrünə aid qədim heyvanın yaxşı qorunub saxlanmış 27 fəqərəsini aşkar ediblər. SİA xəbər verir ki, barədə tədqiqatçılar “Scientific Reports” elmi jurnalında dərc olunan məqalədə yazırlar.

Tədqiqatçılar hesab edirlər ki, o, “Madtsoiidae” ailəsinin ən böyük üzvü sayılan ilanın uzunluğu 15 metrə çatıb (avtobusdan daha uzun – red.).

Tapılan sürünən bir çox fərdi xüsusiyyətlərə əsaslanaraq yeni növ kimi təsnif edilib və ənənəvi olaraq Şiva tanrısının boynunda təsvir olunan mifik ilanının şərəfinə “Vasuki indicus” adlandırılıb.

Mütəxəssislərin fikrincə, ilan ölkədə təxminən 47 milyon il əvvəl yaşaya bilərdi.

Bütün xəbərlər Facebook səhifəmizdə