...Gürcüstanın çox ümid etdiyi Qərb onu müdafiəsiz qoyub. Qərb Putin Rusiyasının yerlə-yeksan etdiyi Ukraynaya kömək etmək istəmir.

...Bəs, belə olan halda...Avropa İttifaqı və ABŞ-ın Ermənistana real təhlükə zamanı kömək edəcəyinə zəmanət haradadır? Hamımızın yüksək səslə və açıq şəkildə xəbərdar etdiyimiz şey baş verir - kollektiv Qərb Ermənistanın təhlükəsizliyinin qarantı deyil.

Öz dövlətinin taleyini kollektiv Qərbin əlinə vermək cəhdləri ölümcül nəticələrə gətirib çıxarır. Hakimiyyətimiz ictimaiyyəti bunun əksinə inandırmağa çalışırdı. Amma bu gün Ermənistanın baş naziri Nikol Paşinyan özü açıq-aydın açıqlama verməyə məcbur olub. O bildirib ki, aprelin 5-də Brüsseldə keçirilən yüksək səviyyəli Ermənistan-ABŞ- Avropa İttifaqı görüşü Avropa İttifaqı və ABŞ-ın bizim problemlərimizi həll etməsi ilə bağlı deyilmiş...

Ay, səni...yalançı Nikol...

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə