Rusiyanın Qərb ölkələri ilə müharibə ehtimalı istisna edilmir...

Çexiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Karel Rjexka Qərb ölkələri ilə Rusiya arasında müharibə ehtimalını istisna etmir.

SİA bu barədə TASS-a istinadən xəbər verir.

O, Praqada keçirilən “Döyüşməyə hazırsınızmı?” adlı konfransda deyib ki,...Rusiya ilə müharibəni təsəvvür etmək mümkün deyil, baxmayaraq ki, bizim qiymətləndirməmizə görə, bu, hazırda mümkün deyil.

Onun CTK xəbər agentliyinə istinadən verdiyi məlumata görə, münaqişə gərginliyin artması fonunda yarana bilər, baxmayaraq ki, heç kim onun artmasını istəmir.

Çexiya Baş Qərargah rəisinin sözlərinə görə, hədə-qorxu ilə münaqişənin qarşısını almaq olar.

...Rusiya həqiqətən görməlidir ki, bizim özümüzü müdafiə etmək qabiliyyətimiz və iradəmiz var. Bu, hansısa bəyannamədən getmir. O, həqiqətən bunun mənasız olduğunu görməlidir.

Bunu deyən Rjexkanın qiymətləndirməsinə görə, Rusiya ordusu Ukraynadakı münaqişə zamanı transformasiyaya uğrayıb.

Hazırda Rusiyanın daha da gərgin və uzun sürən müharibəyə hazırlaşdığını bildirən Rjexka, Ukraynanı dəstəkləməyə çağırıb və bu ölkənin suverenliyi və ərazi bütövlüyü məsələsində Avropa İttifaqının birliyini vurğulayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə