Təl-Əvivdə minlərlə fəal HƏMAS-la danışıqlar tələbi ilə aksiya keçirib

Bu arada minlərlə israilli Təl-Əvivin mərkəzinə toplaşaraq Qəzza zolağından qalan bütün girovların azad edilməsi üçün danışıqların aparılmasını tələb ediblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazır.

Qeyd olunur ki, aksiya “Girov və itkin düşmüş, girov ailələrinin forumu” könüllülər təşkilatı tərəfindən həyata keçirilir.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl London polisi Fələstinə dəstək nümayişi zamanı 13 nəfərin həbs edildiyini bildirmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə