ABŞ-ın Bağdaddakı səfirliyi raket atəşinə tutulub

Dekabrın 8-də səhər saatlarında Bağdadın “Yaşıl zona”sında yerləşən ABŞ səfirliyinə 10-a yaxın raket atılıb. SİA xəbər verir ki, indiyədək heç bir qruplaşma hücumun məsuliyyətini öz üzərinə götürməyib.

“Yaşıl zona” Bağdadda hökumət binalarının və bir sıra səfirliklərin yerləşdiyi xüsusi mühafizə olunan ərazidir.

Bir müddət öncə İraqın hökumət başçısı Məhəmməd əl-Sudani İsrail və HƏMAS arasında döyüşlərin bərpası fonunda ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb. O bildirib ki, Bağdad beynəlxalq koalisiyadan olan hərbi məsləhətçilərin təhlükəsizliyini təmin etməyə hazırdır.

Son zamanlar ABŞ-ın İraqdakı hərbi bazaları fələstinlilərə dəstək nümayiş etdirən silahlı qruplaşmalar tərəfindən atəşə tutulur. ABŞ ordusu isə buna cavab olaraq həmin qruplaşmaların mövqelərinə zərbələr endirir.

Bütün xəbərlər Facebook səhifəmizdə