Pentaqon Rusiya və Çinin hərəkətlərini təhlükə hesab edir

ABŞ Kiber Komandanlığının rəhbəri general Pol Nakasone Rusiya və Çinin hərəkətlərinin uzunmüddətli perspektivdə Qərb yarımkürəsində təhlükəsizliyə əsas təhdid olduğunu bildirib.

Onun dediyinə görə, uzunmüddətli real təhlükə Çin və Rusiyanın dağıdıcı təsiridir. Hər iki ölkənin Qərb yarımkürəsində malik olduğu diplomatik məlumat, hərbi və iqtisadi təsir haqqında düşünün. Bizim milli təhlükəsizliyimiz, milli rifahımız , milli kimliyimiz bu regionla çox sıx bağlıdır.Bəzən biz bunu unuduruq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, general bunu Kaliforniyada Ronald Reyqan Prezident Fondunun təşkil etdiyi forumda deyib.

O, əlavə edib ki, Birləşmiş Ştatlar kibertəhlükəsizlik sahəsində tərəfdaşları ilə daha sıx əməkdaşlıq etməlidir, o cümlədən öz “kiber komandalarını” Vaşinqtondan kömək istəyən digər ölkələrə göndərməlidir.

Amerikalı general, həmçinin Milli Təhlükəsizlik Agentliyinə əcnəbilərdən e-poçt və telefon qeydləri kimi şəxsi məlumatları toplamaq imkanı verən Xarici Kəşfiyyata Nəzarət Qanununun 702-ci maddəsinin yenilənməsinin vacib olduğuna inandığını söyləyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə