Zelenski tənqidçi komandiri işdən çıxarıb

Ukrayna lideri Volodimir Zelenski Silahlı Qüvvələrin Tibb Qüvvələrinin komandirini vəzifəsindən azad etdiyini açıqlayıb. SİA xarici mənbəyə istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin hərbi səhiyyə sistemində dəyişiklik edib. Ukraynanın müdafiə naziri Rustem Umerovla görüşündən sonra Zelenski Silahlı Qüvvələrin Tibb Qüvvələrinin komandanı, general-mayor Tetyana Ostaşenkonun vəzifəsindən azad edildiyini açıqlayıb.

Ukrayna prezidenti açıqlamasında "Biz Umerovla bugünkü görüşdə prioritetlərimizi müəyyən etdik. Nəticələrə çox az vaxt qalıb. Gələcək dəyişikliklər üçün tez hərəkət etməliyik" deyib.

Zelenski Ostaşenkonu Anatoli Kazmirçukun əvəzlədiyini açıqlayıb.

Özləm Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə