Nümayişçilər Paşinyanın istefasını tələb ediblər

Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni qüvvələrinə ağır zərbə endirilən antiterror tədbirlərindən sonra Ermənistanda qarışıqlıq yaranıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ağır məğlubiyyəti həzm edə bilməyən ermənilər İrəvanda küçələrə axışıblar.

Azərbaycanın Qarabağda qanunsuz erməni qüvvələrinə qarşı başlatdığı antiterror tədbirləri 24 saatdan az müddətdə uğurla tamamlandı. Azərbaycanın bütün şərtləri qəbul edildi və erməni qüvvələri silahlarını yerə qoydu.

Yenə də məğlub olan ermənilər paytaxt İrəvanda küçələrə axışıb. Nümayişçilər Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb ediblər. Təhlükəsizlik tədbirləri çərçivəsində hökumət binaları bağlanıb. Polis nümayişçilərə gözyaşardıcı qazla müdaxilə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə