Rusiya Barents Avro-Arktika Şurasından çıxıb, yoxsa…

…Rusiya Barents Avro-Arktika Şurasından (BEAC) çıxıb. Bunu Rusiya Xarici İşlər Nazirliyi elan edərək, qərarın hazırda şuranın sədri olan Finlandiyanın 2023-cü ilin oktyabrında rəhbərliyi Rusiyaya təhvil verməyə hazır olduğunu təsdiqləməməsi ilə izah edib.

Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Barents əməkdaşlıq arxitekturasının dağılmasına görə məsuliyyət tamamilə “tərəfdaşlarımızın” üzərinə düşür. O, həmçinin vurğulayıb ki, Rusiya Şimalda “milli tapşırıqları” həyata keçirməyə davam edəcək və əməkdaşlığa açıq qalacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qətnamə artıq quruma daxil olan ölkələrin xarici işlər nazirliklərinin rəhbərlərinə göndərilib.

Qeyd edək ki, ötən il Barents Avro-Arktika Şurası Rusiyanı “təşkilatın prinsip və məqsədlərini pozmaqda” ittiham edərək Moskva ilə fəaliyyəti dayandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə