Ukrayna Silahlı Qüvvələri Artemivsk yaxınlığında hücuma cəhd edərkən NATO texnikasından istifadə edib.
Deyim ki, bu artıq tapıntıdır. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu “tapıntı”nı RİA Novosti-yə hərbi ekspert, LPR-nin istefada olan polkovnik-leytenantı Andrey Maroçko bəyan edib.
Maroçkonun sözlərinə görə, Artemivsk vilayətində Ukrayna qoşunları yaşayış məntəqəsinin şimal-qərb və cənub-qərbindən NATO artilleriyasının dəstəyi ilə Rusiyanın müdafiə xəttini yarmağa cəhd ediblər.
Maroçko, hücum zamanı Qərbin zirehli texnikası və tanklarından istifadə edildiyini də görüb?
Amma buna baxmayaraq, Maroçkonun dediyinə görə, hücuma NATO silahları qoşulsa da, amma bütün hücumlar ruslar tərəfindən dəf edilib, heç bir itkiyə də yol verilməyib.
Deyim ki, Andrey Maroçko Ukrayna Silahlı Qüvvələrinin Soledar və Artemovsk şəhərlərinə hücum üçün zərbə qruplarını gücləndirməsində narahatlığını da dilə gətirib.
Yeri gəlmişkən, Ukrayna Silahlı Qüvvələrinin Artemovsk cinahlarında müdafiəni yarmağa çalışması faktını əvvəllər DXR rəhbəri vəzifəsini icra edən Denis Puşilin də demişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB