Ukrayna: “Taxıl təşəbbüsü yenidən dayandı”

Ukraynanın İnfrastruktur Naziri Oleksandr Kubrakov verdiyi açıqlamada, Rusiyanın Ukrayna limanlarından taxıl almağı planlaşdıran gəmilərin qeydiyyatını əsassız olaraq rədd etdiyini və “Taxıl Təşəbbüsü yenidən dayandırıldığını” dedi. SİA xarici mediaya istinadla xəbər verir ki, bu yaxınlarda Rusiya ilə Ukrayna arasında İstanbulda imzalanan taxıl müqaviləsinin müddəti yenidən uzadıldıqdan sonra sazişin icrası ilə bağlı problemlər davam edir. Ukraynanın İnfrastruktur Naziri Oleksandr Kubrakov sosial media hesabından verdiyi açıqlamada "Taxıl Təşəbbüsü yenidən dayandırıldı" deyib. "GƏMİNİN QEYDİYYATLARI SƏBƏBSİZ RƏDD EDİLİR" İstanbuldakı Birgə Koordinasiya Mərkəzindəki Rusiya nümayəndə heyətinin Taxıl Təşəbbüsünə qatılmaq üçün gələn gəmilərin qeydiyyatını əsassız olaraq rədd etdiyini ifadə edən Kübrakov, “O, iyunun 1-də yoxlama planının mümkün olmadığını açıqladı” dedi. Rusiyanın mayın 30-u və 31-də yoxlama üçün Çernomorsk limanına gələn yalnız 1 gəmini heç bir izahat vermədən qeydiyyata aldığını bildirən Kubrakov, Birgə Koordinasiya Mərkəzində çalışan digər tərəflərin Taxıl Təşəbbüsündə iştirak üçün üç limanda 10 gəmiyə icazə verdiyini bildirib.

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə