“Biz hər zaman “Türkiyə bizə, biz Türkiyəyə əmanətik" demişdik”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Kısıklı rayonunda ikinci prezident seçkilərindən sonra bayram edən xalqa müraciət edib. SİA bu barədə Tükiyə saytlarına istinad edir:

“Biz İstanbulu çox sevirik. İstanbulla yola düşdük, İstanbulla davam edirik. Maşallah, bu gün Kısıklı başqadır, Üsküdar başqadır, İstanbul bir başqadır. Əziz dostlarım və həmkarlarım, sizi ən səmimi hisslərimlə salamlayıram. Prezident seçkilərinin ikinci turunu millətimizin xeyrinə başa vurduq. İki bayram arası bizə demokratiya günü bəxş etdiyi üçün millətimə minnətdarlığımı bildirirəm. Mən özlərinin və övladlarının gələcəyi üçün seçkiyə gedib iradəsini ortaya qoyan bütün vətəndaşlarıma təşəkkür edirəm.

Mən AK Partiyanın bütün üzvlərini, qadın və gənclər qollarımızı, könüllü olaraq seçkinin rahat keçməsini təmin edən hər kəsə minnətdaram.

Qarşıdakı 5 ildə ölkəni idarə etmək məsuliyyətini öz seçimi ilə bir daha bizə çatdıran millətimizin hər bir üzvünə təşəkkür edirəm. Ümid edirik ki, etimadınıza layiq olacağıq. 21 ildir ki, layiq olduq.

Mən nə demişdim? - Bazara qədər deyil, məzara qədər birlikdə olacağıq. “Bu sevgi burada bitməz” dedik. İndi “Bay-bay, Kamal” deyirlər. Biz hər zaman “Bu mübarək yürüş yarımçıq qalmaz” demişdik. Biz “Hər zaman Türkiyə bizə, biz Türkiyəyə əmanətik" demişdik.

Həm 14, həm 28 may seçkilərinin qalibləri 85 milyonluq vətəndaşımızdır.

Mən demişdim. Biz elə qazanacağıq ki, heç kim itirməyəcək. Bu hesabla bu gün qalib yalnız Türkiyədir. Demokratiyamıza, inkişafımıza və hədəflərimizə xələl gətirmədən artıq “Türkiyə əsri”nin qapısını açmış olduq. Birlikdə açdıq. Kişidən qadına, gəncdən qocaya, işçidən təqaüdçüyə qədər millətimizin bütün təbəqələrinin arzularını, həyəcanlarını birlikdə reallaşdırdıq. Ürəyi, gözü bizə tərəf çevrilmiş dostlarımızın ümidlərini birlikdə artırdıq.”

Bütün xəbərlər Facebook səhifəmizdə