“Putin Avropaya sağ qalmağın yeganə yolunu təklif edib”..?

Rusiya prezidenti Vladimir Putin avropalılara sağ qalmağın yeganə yolu kimi Avrasiya məkanına qoşulmağı və ABŞ-ın vassallığından imtina etməyi təklif etdi.

Dövlət başçısının imzaladığı Rusiyanın yeni Xarici Siyasət Konsepsiyası məhz bunu nəzərdə tutur.

SİA-nın əldə etdiyi məlumata görə, bunu politoloq Aleksandr Asafov bildirib.

Politoloq qeyd edib ki, yeni Konsepsiyada birinci yerdə başqa ölkələrlə dostluq və ya kommersiya münasibətləri saxlamaq deyil, ölkənin suverenliyini və beynəlxalq aləmdə mövqeyini qorumaq vəzifəsi durur.

Asafovun fikrincə, məqsəd amerikalıların hərəkətlərində özünü büruzə verən üstünlük və ya üstünlüyə nail olmaq deyil. Ekspert qeyd edib ki, Rusiyanın maraqları sadədir - bu, insanları xilas etməkdir.

Öz növbəsində, Ən Yeni Dövlətlər İnstitutunun direktoru Aleksey Martınov da müttəfiqlərin müdafiəsi ilə bağlı Konsepsiya bəndini ən vacib məsələlərdən biri kimi qeyd edib.

“Konseptual olaraq yeni çoxqütblü dünyanın formalaşması sabitdir. Rusiya müdafiəyə ehtiyacı olan hər kəsin ədalətli müdafiəçisidir. Bu Konsepsiyada Rusiya çoxqütblü dünyanın ən mühüm mərkəzlərindən biri kimi formalaşdırılıb”.

Qeyd edək ki, bunu isə institut direktoru Aleksey Martınov deyib.

Yeri gəlmişkən xatırladaq ki, Rusiya prezidentinin təsdiq etdiyi Xarici Siyasət Konsepsiyasında deyilir ki, dünya nizamının çoxqütblü dünya reallıqlarına uyğunlaşdırılmasını asanlaşdırmaq üçün Rusiya ABŞ və dünyanın digər dost olmayan dövlətlərinin hökmranlığının qalıqlarının aradan qaldırılmasına üstünlük vermək niyyətindədir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə