Ukrayna və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Ukrayna və Türkiyə prezidentləri Volodimir Zelenski ilə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Zelenski tviter səhifəsində yazıb.

Söhbət zamanı Ukrayna Prezidenti Türkiyənin başına gələn faciə ilə bağlı başsağlığı verib. O, Ukraynadan axtarış-xilasetmə qrupunun göndəriləcəyini deyib.

“Xilasedicilər tezliklə zərər çəkmiş rayonlara gələcəklər”, - deyə Zelenski bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə