Yunanıstan 25 ölkədəki səfirini dəyişmək niyyətindədir

Yunanıstan Rusiya və Ermənistan daxil olmaqla 25 ölkədəki səfirini dəyişmək niyyətindədir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın “antinews.gr” xəbər portalı məlumat yayıb. Portal Yunanıstan Xarici İşlər Nazirliyinin 31 yanvar 2023-cü il tarixli daxili sənədinin fotosunu dərc edib.

2023-cü ildə başqa vəzifələrə köçürülməsi nəzərdə tutulan diplomatik korpusun rəhbərləri arasında Yunanıstanın Moskva, Ankara, Brüssel, Vyana, İrəvan, Doha, Yeni Dehli, Tel-Əviv, Tokio və digər şəhərlərdəki səfirləri var. Yunanıstan həmçinin, UNESCO yanında daimi nümayəndəsini də dəyişməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə