Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Qərbin Ukraynadan Rusiyaya qarşı “hibrid müharibə aləti” kimi istifadə etdiyini bildirib.
Anqolanın xarici işlər naziri Tete Antonio ilə Luandada keçirdiyi görüşdən sonra baş tutan birgə mətbuat konfransında çıxış edən Sergey Lavrov Qərbin Ukraynadan bu ölkənin rusdilli əhalisinə qarşı açıq şəkildə müstəmləkəçilik siyasəti yürütmək üçün istifadə etdiyini deyib.
SİA-nın əldə etdiyi məlumata görə, Sergey Lavrov deyib: “Qərb uzun illərdir ki, Ukraynadan ölkəmizə qarşı hibrid müharibə vasitəsi kimi istifadə edir”.
Anqolanın xarici işlər naziri Tete Antonio Rusiya ilə tarixi əlaqələrlə yanaşı, Ukrayna ilə də münasibətləri nəzərdən keçirdiklərini ifadə edərək “Biz müdaxilə etməmək prinsipinə sadiqik” deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB