ABŞ və Avropa İttifaqı Vaşinqtonda Çin haqqında danışacaq

Vaşinqtonda Çin üzrə Amerika-Avropa dialoqunun növbəti iclası keçiriləcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti xəbər verir.

ABŞ-Avropa dialoqunun Çin üzrə növbəti görüşü dekabrın 1-də və 2-də Vaşinqtonda keçiriləcək. Bu barədə çərşənbə günü Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

ABŞ dövlət katibinin müavini Vendi Şerman və Avropa İttifaqının Xarici İşlər Nazirliyinin baş katibi Stefano Sannino dekabrın 1-də və 2-də Vaşinqtonda Çin üzrə ABŞ-Avropa İttifaqı dialoq görüşündə Hind və Sakit Okean regionları üzrə məsləhətləşmələr aparacaqlar.

Əlavə edək ki, bu, Vaşinqton və Brüssel arasında Çin üzrə dialoq çərçivəsində dördüncü yüksək səviyyəli görüş olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə