Almaniya vətəndaşlığı almaq sadələşdirilir?

Bu arada Almaniya kansleri Olaf Şolz ölkəyə gələn immiqrantlar üçün Almaniya vətəndaşlığının alınması qaydalarının sadələşdirilməsinə çağırıb.

SİA bu barədə rus saytlarına istinad edir.

Şolz, son bir neçə onillikdə Almaniyaya gələn qadın və kişilərin, bəzən də uşaqların Almaniya iqtisadiyyatının güclənməsində mühüm rol oynadığını bildirib.

“Bəziləri burada çox uzun müddət yaşayır, onların burada uşaqları və nəvələri olur. Buna görə də bu qədər uzun müddət bizimlə yaşayanlar da Almaniya vətəndaşlığını almağa qərar verdikdə çox yaxşıdır “-deyə Şolz bildirib.

Almaniyalı kanslerə görə, belə insanların Almaniya vətəndaşlaşlığı alması üçün daha yaxşı qaydalara ehtiyacı var.

Qeyd edək ki, əsrlər boyu Almaniyadan çoxlu sayda insanın mühacirət etdiyini xatırladan Şolz, “onilliklər ərzində hər şey fərqli idi. Almaniya çoxları üçün ümid ölkəsi olan bir dövlətə çevrilib”-deyə əlavə edib.

Ağasəf Babayev.

Bütün xəbərlər Facebook səhifəmizdə