Amerikalı erməni Alison Taxmizyanın ermənilərə məsləhəti

Bu arada Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Ermənistan Milli Platforması Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçirilən iclasından dərin narahatlıq keçirdiyini bildirib.

SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, erməni rəhbərliynin bu addımını, yəni KTMT üzvlərini İrəvana iclas keçirmək üçün çağırmasını heç də bəyənməyən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Ermənistandan KTMT üzvlüyündən çıxmasını tələb edib.

Qeyd edək ki, Qərbdəki ermənilər bununla bağlı ləyən dolu əsaslar da gətiriblər. Məsələn, belə misallardan biri və bəlkə də ən "əsaslısı" KTMT-nin gəlib ermənilərlə birgə Azərbaycana qarşı vuruşmamasıdır.

Yeri gəlmişkən, Ermənistan Milli Platformasının səsinə səs verən bir qrup erməni İrəvandakı Azadlıq meydanına yığışaraq mitinq keçirirlər. Təbii ki, həmişə olduğu kimi, bu dəfə də erməni mitinqi qonaq-qarasız deyil.

Budur, İrəvandakı bu dəfəki mitinqə qatılan əslən ABŞ-dan olan erməni Alison Taxmizyan Miusdur.

Əvvəla, Alison meydana mitinqə qoşulmaq üçün gəlmədiyini və hələ ABŞ-da olarkən yazdırıb gətirdiyi “Mən axmaqların yanındayam” böyük bir plakat və ermənilərə şifahi şəkildə deyəcəyi məsləhəti ilə gəldiyini bildirib.

Beləliklə, amerikalı erməni Alison Taxmizyanın dediyinə görə, ermənilər anlamalıdırlar ki, guya rus olmasa, bu halda türklər, KTMT olmasa isə NATO Ermənistanı ayaqaltı pəyəndaza çevirə bilər. Ona görə də Taxmizyan elə də yaşlı olmamasına baxmayaraq, ermənilərə rusların ətəyindən bərk-bərk yapışıb onları KTMT-dən çıxmamağa çağırıb. Yəni o da ermənilərə öz məsləhətini verib

Nə demək olar, necə deyərlər, məsləhətli don gen olar...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə