Apple şirkətindən şəkərli diabet xəstələrinə şad xəbər

Apple şirkətindən şəkərli diabet xəstələrinə şad xəbər

Aprel ayında təqdim olunması gözlənilən Apple şirkətinin smart-saatı diabet xəstəliyindən əziyyət çəkənlər üçün xüsusi "HealthKit" adlı əlavə cihaz ilə təchiz olunacaq. SİA-nın məlumatına görə DexCom şirkəti tərəfindən istehsal olunan bu cihaz şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə öz orqanizmlərinə daim nəzarət edə bilmək imkanı yaradır.

Qeyd edək ki, bir sıra media orqanlarında Apple şirkətinin şəxsi qlukometrini nümayiş etdirəcəyi barəsində məlumatlar yayılmışdı, lakin qlukometrinin nümayişi reallaşmadı.

Onu da nəzərinizə çatdıraq ki, Apple-nin "HealthKit" əlavəsi digər şirkətlərə də örnək ola bilər. Belə ki, hər bir şirkət öz məhsullarına bu cür cihazlar əlavə etməklə istifadəçilərinin sağlamlığına da müsbət təsir göstərmiş olarlar.

Bütün xəbərlər Facebook səhifəmizdə