2015-ci ilin yanvar ayının statistikasına görə Android 5.0 Lollipop artıq Android əməliyyat sistemi ilə işləyən smartfonların 1,6%-də istifadə olunur. SİA-nın məlumatına görə, əvvəlki açıqlanan göstəricilərlə müqayisədə 16 dəfə artım olub. Fevral-mart aylarında aparıcı brendlərin flaqman smartfonlarında gözlənilən yenilənmə Android 5.0-ın bazarda payını bir neçə dəfə də artıra bilər.
Maraqlıdır ki, Andorid 4.4 KitKat-ın da payı artmaqdadır. Dekabrla müqayisdə yanvarın sonuna Android-smartfonların və planşetlərin 39,7%-də KitKat-dan istifadə edilir.
Onu da nəzərinizə çatdıraq ki, Sony, Samsung, LG və HTC-nin flaqmanları üçün əsas yenilənmələr fevral-mart aylarına planlaşdırılıb. Daha aşağı səviyyəli smartfonlar üçün isə yenilənmə bir qədər gec olacaq, amma yəqin ki, may ayına qədər bu prosses başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB