Samsung S6-nın ilkin qiyməti bəlli olub

Samsunqun 1 Martda Dünya Mobil Konqresi çərçivəsində təşkil edəcəyi "Galaxy unpacked- 2015" fəaliyyətində rəsmən tanıdacağı yeni nəsil ağıllı telefon Galaxy S6-nın qiyməti haqqında ilkin məlumatlar yayılıb. SİA-nın məlumatına görə, Galaxy S6 ilə eyni zamanda tanıdılacaq qövslü ekrana sahib olan Galaxy S Edgein də qiyməti açıqlanıb.

İlkin məlumatlara görə, Galaxy S6-nın qiyməti təqribən bu şəkildə olacaq:
Samsung Galaxy S6 32 GB: 749 € (587 manat)
Samsung Galaxy S6 64 GB: 849 € (665 manat)
Samsung Galaxy S6 128 GB: 949 € (745 manat)
Galaxy S Edgenin qiymət məlumatı isə;
Samsung Galaxy S Edge 32 GB: 849 € (665 manat)
Samsung Galaxy S Edge 64 GB: 949 € (745 manat)
Samsung Galaxy S Edge 128 GB: 1049 € (822 manat) olacaq.
Cənubi Koreyalı istehsalçı Galaxy S6 və Galaxy S Edge modellərində 16GB-lıq versiya yer verməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə