Samsung yenilənir

Samsung şirkəti, Galaxy S5-in ardından 2013-ci ilin admiral gəmi modellərdən sayılan Galaxy Note 3 üçün Android 5.0 yenilənməsini rəsmən başlatdı. SİA-nın məlumatına görə, Cənubi Koreyalı istehsalçı firma bu yenilənməni Galaxy Note 4-dən əvvəl Galaxy Note 3 üçün tətbiq edib.
Rusiyada Exynos prosessorlu Galaxy Note 3 üçün başladılan yenilənmə bərabərində bir çox yeniliklər gətirib. Belə ki, material dizaynının təsirləri, animasiyalar, yeni rəng sxemləri, nüvə tətbiqləri, daha sürətli işləyən interfeys, batareya məhsuldarlığı, ART virtual iş mühərriki, yeni bildiriş stili, yenilənən çoxlu tətbiq menyu və yenidən dizayn edilən parametrlər menyusu yeniləmə tərkibində ən çox önə çıxan yeniliklər olub.
Samsunqun rəsmi yeniləməsinin qısa müddət ərzində digər ölkələrdə də başladılması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə